AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda baba və nəvə evdə yanaraq öldü

  • + A
  • - A
  • 15-12-2021, 20:49


    Masallı rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

    AzadMedia.az xəbər verir ki, rayonunun Güllütəpə kəndində baş verən yanğın zamanı Allahverən Nəzərova məxsus iki mərtəbəli ev yanıb.

    Yanğın nəticəsində ümumi sahəsi 300 m², arakəsmə divarları taxta və çiy kərpicdən olan ikimərtəbəli beşotaqlı ev yararsız vəziyyətə düşüb.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

    Əldə etdiyimiz məlumata əsasən yanaraq ölənlərdən biri evin sahibi 1961-ci il təvəllüdlü Nəzərov Allahverən Fəyaz oğlu, digəri isə onun nəvəsi 2016-cı il təvəllüdlü Nəzərov Rövşən Elşən oğludur.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR