İmişli Rayon Polis Şöbəsinə dekabrın 17-də saat 5 radələrində şəhər ərazisində yaşayan S.Məmmədovanın evinə girmiş qonşusunun onu və anasını bıçaqla hədələyərək 170 manat pulunu alması barədə məlumat daxil olmuşdur.
Azadmedia.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Qasımov saxlanılmışdır.
Araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.