Martın 15-də saat 23.20-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat vermişdir.
Qaradağ RPİ 10-cu Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılmış, ondan “UZRQM-2” markalı qumbara götürülmüşdür.
Araşdırma aparılır.
***
Binəqədi RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Mikayılovdan “TT” markalı tapança, patron sandığı, 3 ədəd patron götürülmüşdür.
Ətrafında aparılmış tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.
***
Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Z.Rəhimovanın evindən içərisində 4300 manat pul, şəxsiyyət vəsiqəsi və sosial kart olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bərdə rayon sakini V.Vəliyev saxlanılmışdır.
***
Suraxanı RPİ 30-cu Polis Şöbəsinə müraciət edən martın 15-də Hövsan qəsəbəsi Bağlar yaşayış sahəsində yaşayan G.Mirzəyeva evinin həyətinə girmiş bir nəfərin onu bıçaqla hədələyib 800 manat dəyərində mobil telefonunu aldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Cəbrayılov müəyyən edilərək saxlanılmışdır.
***
Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də Bakı şəhər sakini A.İsgəndərovanın çantasından 762 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Z.Qarayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 12 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.
***
Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Salyan rayon sakini Z.Zeynalov idarə etdiyi “Chevrolet” markalı avtomobildə sərnişini S.Quliyevlə birgə Alar kəndi ərazisində saxlanılmışlar.
Şəxsi axtarış zamanı S.Quliyevdən 1 ədəd bıçaq, Z.Zeynalovdan isə 1 ədəd bıçaq və 12 kiloqram 120 qram heroin aşkar edilərək götürülmüşdür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.