AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncədə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb - Foto

  • + A
  • - A
  • 24-01-2022, 11:50

    Gəncədə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb - Foto

    Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində hərəkətdə olan “Chevrolet” markalı avtomobilin sürücüsünü yol hərəkəti qaydalarını pozduğu üçün saxlayıb.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azadmedia az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Emin Verdiyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün narkotik vasitədən istifadə etdiyi məlum olub. Şəxs barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.
    Bundan başqa polis əməkdaşlarının keçirdikləri monitorinqlər zamanı bir neçə “VAZ” markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi və saxta qeydiyyat nişanları ilə idarə etməsi aşkarlanıb. Həmin sürücülər ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara Yol Hərəkəti haqqında Qanunun tələbləri barədə məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR