AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda dəhşətli hadisə: Zorladıqları qadının paltarını geyindirib…

  • + A
  • - A
  • 15-11-2017, 15:28

    Bakıda dəhşətli hadisə: Zorladıqları qadının paltarını geyindirib…













    Bakı Ağır Cinayətlər Məhkəməsində qadını zorlayaraq öldürməkdə təqsirləndirilən Dimitriy Razumniy və Samir Zenyukovun məhkəməsi başlayıb.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
    Dövlət ittihamçısı cinayət işi materialları ilə tanış olmaq üçün vaxt istəyib. Proses noyabrın 22-də davam etdiriləcək.

    Qeyd edək ki, 2017-ci il aprelin 30-da “Qız Qalası”nın yaxınlığında qadın meyiti tapılıb. Məlum olub ki, vəfat edən Yelena Sandrandinova ətrafdakı binalardan birində yaşayan Rusiya vətəndaşı Samir Zenyukov və Dmitriy Razummıy tərəfindən zorlanaraq öldürülüb. Öz evlərində qadınla birgə yeyib-içəndən sonra Zenyukov Yelena ilə cinsi münasibətdə olmaq istəyiblər. Yelena etiraz edərək dəhlizə çıxıb. Samir onun arxasıyca çıxaraq qadını döyüb. Sonra dostu Dmitriy ilə birgə onu soyundurub divana uzadıblar. Özündən gedən Yelenanı Samir zorlayaraq yatıb. Gecə saat 4 radələrində Samir yenidən yuxudan oyanaraq Yelena ilə cinsi münasibətdə olmaq istəyərkən onun öldüyünü bilib. Dmitriy ilə birlikdə qadının paltarlarını əyninə geyindirərək Yelenanın cansız bədəninin evdən çölə çıxardaraq həyətin küncünə qoyublar.

    Onlar adam öldürmə və zorlama maddəsinin bir neçə bəndi ilə ittiham ediliblər. Adıçəkilən hər 3 şəxs “bomj” həyatı yaşayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR