Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyənləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbir keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan
Azadmedia.az-a verilən məlumata görə, tədbir zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.