Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 9 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin, RMX-nın nümayəndələri, pedaqoji heyət və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov narkotik vasitələrin qanunsuz dövriyyəsinin müasir dövrümüzdə cəmiyyəti düşündürən və narahat edən problemlərdən biri olduğunu bildirib. O, qeyd edib ki, respublikamızda narkomaniyanın qarşısının alınması istiqamətində bütün lazımi tədbirlər görülür. Hər bir xalqın, millətin özəyini onun gəncləri təşkil edir və xalqın inkişafında da gənclərin rolu mühüm əhəmiyyət kəsb edir. Bunun üçün siz gənclər öz ətrafınıza diqqət yetirməli, bütün əmək və bacarıqlarınızı təhsil sahəsinə yönəltməlisiniz.
Sonra çıxış edənlər keçirilən belə görüşlərin əhəmiyyətini qeyd edərək, təşkil olunan tədbirə görə Salyan RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx nümayiş etdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.