Salyan rayonu Arbatan kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Görüşdə çıxış edən Salyan RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, asılılıqlardan, eləcə də mənəvi aşınmadan və digər fəsadlarından söz açaraq, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. O, qeyd edib ki, narkotik vasitələrdən istifadə edənlərin heç bir uğurlu gələcəyi olmur, onlar cəmiyyətdən həmişə geridə qalır və aludəçilisi olduqları narkotik vasitələrin zərərli təsirlərin fəsadlarından qurtula bilmirlər. Gənclərimizi daha düzgün və uğurlu yola yönləndirmək isə biz valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Cünki sağlam gələcək məhz yaxşı təhsil alan sağlam ruhlu, sağlam əqidəli gənclərdən asılıdır.
Tədbirdə çıxış edən Salyan RİH başçısının müavini Rəşad Cəbrayılov sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğu barədə ətraflı məlumat verərək yeniyetmə gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat və mənəvi kamilliyə çağırıb. Tədbirdə həmçinin “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.