DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtda hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə informasiya mübadiləsi genişləndirilib.
Yol-nəqliyyat hadisələri və nasaz avtomobillərin hərəkətin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlərin görülməsi üşün yol polisi ilə informasiya mübadiləsi aparılır, 150-dan artıq nöqtədə svetoforların sıxlığa görə tənzimlənməsi təmin olunur.
İdarəetmə Mərkəzində olun məlumatlar hər saatda 2 dəfə olmaqla canlı yayımla "Avto FM"radio kanalı və digər informasiya resursları ilə ictimiayyətə çatdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.