Oktyabrın 9-da Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışda yaralanan Toğrul Əliyev dünyasını dəyişib.
Bu barədə “Qafqazinfo”ya onun yaxınları bildirib.
Qeyd edək ki, Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunmuş 2001-ci il təvəllüdlü Toğrul Əliyevə bütün bədənin və tənəffüs yollarının III- IV dərəcəli yanığı diaqnozu qoyulmuşdu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.