AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Laçında minaya düşənlərdən biri ölüb

  • + A
  • - A
  • 22-10-2022, 10:14

    Laçında minaya düşənlərdən biri ölüb

    Laçın rayonunda minaya düşən şəxslərdən biri ölüb.

    Azadmedia.az xəbər verir ki, hadisə nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Elsevər Həmidov xəstəxanada keçinib.

    Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.

    Xatırladaq ki, dünən Laçın rayonunun Suarası kəndində təmir tikinti işləri ilə məşğul olan 2 nəfərin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

    İlkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

    Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR