AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həftə sonu baş verən yol-nəqliyyat hadisələri

  • + A
  • - A
  • 28-11-2022, 09:51

    Həftə sonu baş verən yol-nəqliyyat hadisələri

    Noyabrın 26-da saat 16 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Hüseynov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Ordubad rayon sakini Fuad Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

    ***
    Noyabrın 26-da saat 21 radələrində Salyan rayonunun Qarabağlı kəndi ərazisində Sabirabad rayon sakini Kənan Cəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı qaz borusuna vurub və o, hadisə yerində ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    ***
    Noyabrın 27-də saat 3 radələrində Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində Masallı rayon sakini Mirsadiq Bəşirli idarə etdiyi “Daewoo” markalı avtomobili aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR