Naxçıvanda yoxlamaları davam etdirən DTX əməkdaşlarının Ali Məclis sədri Vasif Talıbovun qızı Baharxanımı da dindirdiyi bildirilir. Yoxlamalar zamanı onun nəzarətində olan Diaqnostika Mərkəzində yeyintilərin aşkarlandığı bildirilir. Bu haqda "Gündəlik Naxçıvan"a mərkəzdə işləyən əməkdaşlar məlumat verib.
Məlumata görə, mərkəzə dövlət büdcəsi hesabına xaricdən alınan avadanlıqlar ikiqat hesablanıb. Bundan əlavə, həmin avadanlıqlar Naxçıvana qaçaqmalçılıq yolu ilə, risum ödənmədən keçirilibmiş. Bu işi isə, Naxçıvanda tibbi avadanlıqlar və dərman monopoliyasına nəzarət edən Nəqşicahan Med MMC həyata keçirib. Bu MMC-nin də Baharxanım Talıbovanın nəzarətində olduğu bildirilir. MMC dərman məhsullarını da Naxçıvana qaçaqmalçılıq yoluyla gətirirmiş. Mənbənin verdiyi məlumata görə, bu səbəblərdən dolayı dindirilib:
"Diaqnostika mərkəzində də yoxlamalar aparılır. Yoxlamalar başlayanda, bizi bir neçə gün evə buraxmadılar. Dünəndın sərbəstlik. DTX hamımızı dindirildi. Çoxlu yeyinti üzə çıxıb. Büdcə hesabına aldıqları avadanlıqlar da qaçaqmalçılıq yoluyla gətirilirmiş. Mərkəz rəsmən Baharxanımln adına olmasa da, hamı bilir ki, yaranan gündən onun nəzarətindədir. Ona görə də, DTX əməkdaşları onu da gətirib dindirdilər. Deyilənə görə, uzun illərdi gömrükdən dərmanları rüsumsuz keçirməklə də büdcəyə xeyli ziyan vurub. Həmin dərmanlar Naxçıvanda camaata od qiymətinə satıllrdı".
Ötən həftənin əvvəlindən etibarən, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan MR Gömrük Komitəsində əməliyyat keçirir. Əməliyyat nəticəsində on nəfərə yaxın şəxsin saxlandığı bildirilir. İddialara görə, saxlanılanların arasında Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və onun müavinin Səbuhi Novruzov da var. Səbuhi Novruzov Naxçıvan Ali Məclis sədri Vasif Talıbovun yeznısi, Səhət Həbibbəyli isə AMEA prezidenti, akademik İsa Həbibbəylinin oğludur. Onlara qarşı qaçaqmalçılıq, rüşvət və s. ittihamların irəli sürüldüyü bildirilir.
Bundan əvvəl Vasif Talıbovun oğlanları Seymur və Rzanın da qaçaqmalçılığa görə dindirdiyi bildirilirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.