AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabiq deputat aeroportda saxlanılıb

  • + A
  • - A
  • 30-11-2022, 10:33

    Sabiq deputat aeroportda saxlanılıb

    Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.

    Azadmedia.az "Savaş.orğ"-a istinadən xəbər verir ki, o, xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında tutulub.
    İlkin məlumata görə, onun barəsində Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub. G.Hacıbəyli barəsində Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi başlanıb.

    Məlum olub ki, G.Hacıbəyli Nəsimi Rayon Məhkəməsi tərəfindən axtarışa verilibmiş. Hazırda G.Hacıbəylinin Nəsimi Rayon Polis idarəsində olduğu, məhkəməyə təqdim olunacağı bildirilir.
    Qeyd: Azadmedia.az faktı təsdiqləmək üçün DİN-ə sorğu yollayıb. Mövzuya qayıdacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR