AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xidməti vəzifəsilə əlaqədar şəxsin yaxın qohumlarını öldürməyə cəhd edən şəxs MƏHKƏMƏ qarşısında

  • + A
  • - A
  • 15-12-2022, 15:25

    Xidməti vəzifəsilə əlaqədar şəxsin yaxın qohumlarını öldürməyə cəhd edən şəxs MƏHKƏMƏ qarşısında

    Cari il avqustun 26-da bir neçə Quba rayon sakininin öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı rayon prokurorluğunda istintaq olunan cinayət işinin istintaqı yekunlaşdırılıb.
    Aparılmış istintaqla, Quba rayonu Qımılqazma kənd sakini Aydın Şahverdiyevin rayonun Qəçrəş bələdiyyəsinin sədri vəzifəsini icra edən Vüqar Kərimovun ona istifadəsində olan torpaq sahəsini səndələşdirməyə köməklik etməyəcəyini yəqinləşdirərək ondan qisas almaq məqsədilə idarə etdiyi avtomobili Vüqar Kərimovun ailə üzvləri Könül Hüseynova, Səlimə Kərimova, Kərim Kərimov və İlhamə Kərimovanın üzərinə sürərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə, kənd sakinlərinin müdaxiləsi nəticəsində öz cinayətkar əməllərini başa çatdıra bilməməsinə əsaslı şübhələr müəyyən edilib.
    Aydın Şahverdiyevə Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 221.3-cü (xuliqanlıq) və digər maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR