AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəkidə ağır qəza - İki azyaşlı öldü+Yenilənib

  • + A
  • - A
  • 19-12-2022, 21:52

    Şəkidə ağır qəza - İki azyaşlı öldü+Yenilənib


    Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun, rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Qəza zamanı 2 nəfərin öldüyü və bir-neçə nəfərin xəsarət aldığı bildirilir.

    Hadisə ilə bağlı araşdırma aparılır.

    ***

    Şəkidə baş verən ağır qəzanın bəzi təfərrüatları məlum olub.

    Belə ki, Şəki rayon Çayqaraqoyunlu kənd sakini, Elçin Məmmədov idarə etdiyi VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub.

    Daha sonra sürücü idarəetməni itirib və avtomobili yol kənarına aşırıb.

    Qəza zamanı sürücü xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Avtomobildə olan 2 azyaşlı isə hadisə yerində ölüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR