AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətəndaşlara qarşı dələduzluq, habelə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyən olunub

  • + A
  • - A
  • 29-12-2022, 00:53

    Vətəndaşlara qarşı dələduzluq, habelə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyən olunub

    Şirvanda ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq, habelə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.
    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, vətəndaşların şikayəti əsasında onlara qarşı yüksək məbləğdə dələduzluq əməli törədən şəxs saxlanılıb. Araşdırmalarla onun Şirvan şəhər sakini İqbal Mikayılov olduğu müəyyən edilib.
    Aparılan ilkin istintaq zamanı İ.Mikayılovun şəhər sakini olan bir vətəndaşa şərikli biznes quracağı barədə yalan vədlər verərək onun 44000 manat pulunu ələ keçirməsi, daha sonra isə pulu qaytarmamaq üçün həmin şəxsə hədə-qorxu gəlməsi müəyyən edilib. Bundan əlavə saxlanılan şəxs digər bir vətəndaşa qarşı da dələduzluq edərək, ona bəzi sənədlərin düzəlməsində köməkliklər göstərəcəyi barədə vədlər verməklə zərərçəkənin 10000 manat vəsaitini ələ keçirib.
    Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
    Polis əməkdaşları İ.Mikayılovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR