AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bayram günləri baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 2-01-2023, 11:15

    Bayram günləri baş verən cinayət və hadisələr

    ❗Oğurluq
    Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 26-da Səbail rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən V.Kotlyar saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
    Araşdırmalarla onun ötən il dekabrın 27-də N.Cəfərovaya məxsus içərisində 3200 manat və 400 ABŞ dolları olan pulqabısını oğurlaması da müəyyən olunub.
    ***

    ❗Oğurluq

    Nəsimi RPİ 21-ci Polis Bölməsinə ötən il dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.

    ***

    İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a bildirilib ki, hadisə rayonun Balik kəndi ərazisində qeydə alınıb. "VAZ-21099" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ" -ın sürücüsü Akif Ağamirov və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
    Faktla bağlı araşdırma aparılır.
    **

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
    - Ötən il dekabrın 31-də və cari il yanvarın 1-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 23, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
    - Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
    **
    ❗Yol-nəqliyyat hadisələri

    Dekabrın 31-də saat 7 radələrində Babək rayonunun Cəhri qəsəbəsi ərazisində Payız kənd sakini K.Alcəfərov idarə etdiyi “Naz-Lifan 620” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən sürücünün arvadı və nəvəsi aldıqları xəsarətlərdən hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
    Babək RPİ tərəfindən araşdırma aparılır.

    ***
    Dekabrın 31-də saat 14 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Qobustan rayon sakini K.Dəmirov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
    Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
    ***

    Yanvarın 1-də saat 13 radələrində paytaxtın Nizami rayonu ərazisində, “Şəfa” stadionun yaxınlığında Bakı şəhər sakinləri V.Abdullayevin idarə etdiyi “Mercedes” və P.Əlizadənin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə V.Abdullayev, sərnişinləri A.Allahyarova və K.Namazova hadisə yerində, P.Əlizadə və sərnişini J.Aslanova xəstəxanada ölüb.
    Nizami RPİ tərəfindən araşdırma aparılır.

    ***
    Yanvarın 1-də saat 19 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Şamaxı rayon sakini R.İsayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini E.Əzizovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    ***
    Yanvarın 1-də saat 10 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Çünzəli kənd sakini G.Cəfərov idarə etdiyi “Ford” markalı yük avtomobilini arxaya verərkən yolu keçən Xəlilabad kənd sakini N.Nuriyevanı vurub. Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.
    Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.
    **
    ❗Oğurluq

    Dekabrın 31-də Naxçıvan şəhərində ticarət mərkəzlərinin birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
    Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1990-cı il təvəllüdlü, şəhər sakini Günay Hüseynova müəyyən olunaraq saxlanılıb.
    Araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR