AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəzanı başqasının üzərinə atmağa çalışan sürücü məhkəmə zalında həbs edildi - video

  • + A
  • - A
  • 11-01-2023, 12:23

    Qəzanı başqasının üzərinə atmağa çalışan sürücü məhkəmə zalında həbs edildi - video

    Keçən il məktəblinin yol qəzasında həyatını itirməsi müzakirələrə səbəb olmuşdu. Çünki qəzanı törədən məsuliyyətdən kənarda qalmışdı. Nəhayət haqq-ədalət yerini tapıb. Bu barədə jurnalist İlkin Muradov şəxsi facebook səhifəsində yazıb. Azadmedia.az İlkin Muradovun yazdıqlarını və qəzanın görüntülərini təqdim edir:
    "Nurlanı xatırladınız?
    Nurlanı yolu keçəndə “Mazda” markalı maşın vurmuşdu. Yolun əks tərəfinə düşən Nurlan “Prius”un altında qalaraq dünyasını dəyişmişdi. Göz görə-görə “Prius”un sürücüsünü tutmuşdular. Videosübut var idi.
    Hadisə ilə bağlı “Prius” sürücüsünün xanımı ilə, Nurlanın atası ilə bir neçə dəfə danışmışam. Hamı bilirdi ki, bu qəzada tək günahkar “Mazda”nın sürücüsüdür. Məsələ ictimailəşməsəydi, kamera görüntüsü olmasaydı, “Prius” sürücüsü həbs ediləcəkdi.
    Nəhayət məhkəmə ədalətli qərar verib. “Mazda”nın sürücüsü Vəli Məmmədov məhkəmə zalında həbs edilib. Vəli Məmmədov Azərbaycan Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin Texniki dəstəkləmə şöbəsinin rəisi imişi. Amma qəzanı xanım sürücünün törətməsi iddiaları da var idi".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR