AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan çempionatları tarixinin ən uzun məğlubiyyətsizlik seriyaları - SİYAHI

  • + A
  • - A
  • 17-04-2023, 13:59

    Azərbaycan çempionatları tarixinin ən uzun məğlubiyyətsizlik seriyaları - SİYAHI

    “Qarabağ” Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə ilk məğlubiyyətini alıb.

    Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, Qurban Qurbanovun yetirmələri XXX turda “Sabah”la səfər matçında 1:2 hesabı ilə uduzublar. Bununla da “Kəpəz”in 1997/98 mövsümündəki məğlubiyyətsiz çempionluq rekordu təkrarlanmayıb.

    Ağdam klubu ümumilikdə Premyer Liqada 49 oyundan sonra xalsız qalıb. “Qarabağ” sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”ə 1:3 hesabı ilə uduzub. Ötən mövsümün 20, cari çempionatın 29 görüşündə uduzmayan ağdamlılar bu müddətdə 40 qələbə qazanıb və 9 heç-heçə ediblər. Bu 49 oyunluq məğlubiyyətsizlik seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur. Yarışın tarixində 6 dəfə bir komanda 25-dən artıq görüşdə xal əldə edib.

    Ən uzun məğlubiyyətsiz seriyalar:
    1. “Qarabağ” - 49 (2021-23)
    2. “Qarabağ” - 31 (2018-19)
    3. “Kəpəz” - 28 (1997-98)
    4. “Turan” - 27 (1992-93)
    5-6. “Şəmkir” - 26 (2000-01)
    “Neftçi” - 26 (2003-04)

    Bu qarşılaşmada həm də “Sabah”ın “Qarabağ”la matçlarda ilk qələbəsi qeydə alınıb. Əvvəlki 18 oyunda 6 heç-heçə və 12 məğlubiyyəti olan bakılılar uğursuz seriyanı 19-cu dueldə qırıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR