AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşqçi Mehman Xəlilov 7 yaşlı Fərid Bəkarovun ölümündə özünü təqsirli bilməyib

  • + A
  • - A
  • 4-05-2023, 16:45

    Məşqçi Mehman Xəlilov 7 yaşlı Fərid Bəkarovun ölümündə özünü təqsirli bilməyib

    7 yaşlı Fərid Bəkarova xəsarət yetirməkdə, nəticədə uşaq ölümündə təqsirləndirilən məşqçi Mehman Xəlilovun ilkin ifadəsi məlum olub. Sumqayıt Şəhər Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılarkən Mehman Xəlilov uşağın ölümündə özünü təqsirli bilmədiyini bildirib.

    Mehman Xəlilov barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan apellyasiya şikayəti verilməyib.

    Qeyd edək ki, aprelin 29-da Sumqayıt şəhər uşaq xəstəxanasında Fərid Bəkarovun (2016-cı il təvəllüdlü) vəfat etməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı Sumqayıt şəhərindəki məktəblərdən birində sambo idman növü üzrə məşq zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Fərid Bəkarova xəsarət yetirməsi və sonuncunun dünyasını dəyişməsi şübhə doğuran əsaslar müəyyən edilib.

    Fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov şübhəli şəxs qismində saxlanılıb.

    İbtidai istintaq davam edir.

    Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovun qeyd etdiyi kimi, baş verənlərdən şoka düşüblər. Nazir qeyd edib ki, məşhur samboçu Mehman Xəlilov bu yaxınlarda Sumqayıtda məşq edərkən 7 yaşlı Fərid Bəkarova qarşı təhlükəli texnika işlədib və nəticədə uşağın ölümünə səbəb olub: “Baş verənlərdən hamımız şoka düşdük. Ölən uşağın ailəsinə başsağlığı verirəm. İstintaq davam edir, nəticəsini gözləməliyik”.

    İndi nazirlik məşqçilərin lisenziyalaşdırılması ilə bağlı federasiyaların nümayəndələri ilə görüşlər keçirir. Fərid Qaibov əlavə edib ki, məşqçilərin lisenziyalaşdırılması və federasiyalar tərəfindən tanınması idarə üçün prioritet məsələdir.

    Gənclər və idman naziri vurğulayıb ki, hazırda idmançılar, məşqçilər və hakimlərlə bağlı yeni sistemin tətbiqi istiqamətində iş aparılır: “İnsanlar vahid sistemə daxil olmaqla idmançılar, məşqçilər və hakimlər haqqında məlumat əldə edə biləcəklər. Məlumatların bu sistemə daxil edilməsi prosesi bir qədər vaxt aparacaq”. Mockva-Baku


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR