AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mayın 5-6-da meteor yağışı olacaq

  • + A
  • - A
  • 5-05-2023, 14:21

    Mayın 5-6-da meteor yağışı olacaq

    Mayın 5-6-da “Eta-Akvarid” adlı meteor yağışı olacaq. Azadmedia.az xəbər verir ki, bu barədə BDU-nun Astrofizika kafedrası məlumat yayıb.
    Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, “Eta-Akvarid” orta səviyyədən yuxarı meteor yağışıdır. İntensiv meteor axını (saatda 50-yə qədər) əsasən Cənub yarımkürəsində müşahidə olunacaq. Şimal yarımkürəsində isə təxminən saatda 30 meteor müşahidə ediləcək.
    “Eta-Akvarid” meteor yağışı Halley kometinin qalıqları tərəfindən əmələ gəlir. Yağış hər il aprelin 19-dan mayın 28-dək davam edir. Bu il mayın 5-i gecə və 6-sı səhər saatlarında pik həddə çatacaq. Meteor axını Dolça bürcündən başlayacaq və səmanın hər yerində görünəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR