AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda toy karvanında avtoxuliqanlıq .. - FOTO/VİDEO

  • + A
  • - A
  • 27-07-2023, 22:18

    Masallıda toy karvanında avtoxuliqanlıq .. -


    İdarə etdiyi nəqliyyat vasitəsinin tanınmaması üçün dövlət qeydiyyat nişanlarını açaraq Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü müəyyən edildikdən sonra inzibati qaydada həbs edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə və davamlı pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

    Belə ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin sürücünün Masallı rayon Şərəfə kənd sakini Orxan Məmmədov olduğu müəyyən edilib. Həmin şəxs idarə etdiyi, üzərində dövlət qeydiyyat nişanları olmayan “VAZ-21074” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Sonradan isə həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

    O.Məmmədov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR