AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyanın 41 "Şahed" tipli pilotsuz uçuş aparatı vurulub - Ukrayna FHN

  • + A
  • - A
  • 15-12-2023, 11:35

    Rusiyanın 41 "Şahed" tipli pilotsuz uçuş aparatı vurulub -


    Ukrayna ordusu bu gecə əksəriyyəti Odessa vilayətində olmaqla Rusiyanın 41 "Şahed" tipli pilotsuz uçuş aparatını (PUA) vurub.
    Azadmedia.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən verilən açıqlamada Rusiyanın Odessa vilayətinə hücumları nəticəsində 3-ü uşaq olmaqla 11 nəfərin yaralandığı, avtomobildə və binada yanğının baş verdiyi, ətrafdakı binalara ziyan dəydiyi qeyd edilib.
    Belə ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada, Rusiya ordusunun gecə saatlarında “Şahed” PUA-ları və ''S-300'' zenit idarəolunan raketləri ilə Ukrayna ərazisinə hücum etdiyi bildirilib.
    Qeyd edək ki, açıqlamada Rusiyanın Mikolayiv və Xerson bölgələri istiqamətində 6 idarə olunan raket atdığı, Ukrayna hava məkanında ümumilikdə 42 Rusiya PUA-nın təsbit edildiyi və hücumların əsas istiqamətinin Odessa bölgəsi olduğu vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR