AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qobustanda ər arvadını öldürüb, özünə xəsarət yetirdi

  • + A
  • - A
  • 2-03-2024, 17:49

    Qobustanda ər arvadını öldürüb, özünə xəsarət yetirdi

    Qobustan rayon prokurorluğunun məlumatı

    Martın 2-də Qobustan rayonu ərazisində 1982-ci il təvəllüdlü Günel Sadıqovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 1973-cü il təvəllüdlü Mürsəl Cabbarovun arvadı Günel Sadıqovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Mürsəl Cabbarov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR