Kəlbəcərdə qəza nəticəsində xəsarət alan sürücü ölüb.
Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, 1984-cü il təvəllüdlü Əhmədov Lətif Suriddin oğlu martın 13-də idarə etdiyi "HOVO" markalı yük avtomobili ilə Kəlbəcər rayonu, Yanşaq kəndi ərazisində hərəkətdə olarkən idarə etməni itirməsi nəticəsində yoldan çıxaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Martın 16-da saat 09:30-da isə müalicə aldığı Bakı şəhərində yerləşən 1 nömrəli Şəhər Klinik Xəstəxanasında ölüb.
Hazırda faktla bağlı Kəlbəcər RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.