AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb

  • + A
  • - A
  • 19-03-2024, 14:06

    Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb

    Paytaxtın Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb. Ötən gecə xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə çevik reaksiya göstərilib. Bankın qapısını əlində olan dəmir alətlə qırmağa çalışan əvvəllər dəfələrlə məhkum edilmiş paytaxt sakini İbrahimov Zaur saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib. Araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdiriıir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR