Sosial şəbəkə səhifələrində, eləcə də müxtəlif media subyektlərində paytaxtın H.Əliyev prospektində “KİA” markalı, 10-PT-454 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rəhimov Faiq Şərif oğlunun sükan arxasında huşunu itirən xanım sürücüyə köməklik etməsini əks etdirən videogörüntü yayımlanmışdır.
Bununla əlaqədar sürücü F.Rəhimov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə dəvət olunmuş və etdiyi əmələ görə ona təşəkkür edilmişdir.
Eyni zamanda F.Rəhimovun araşdırma zamanı il ərzində kobud qayda pozuntusu etmədiyi müəyyən edilmiş və nümunəvi sürücü olduğu üçün ona mükafat təqdim edilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.