AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Crocus City Hall-da törədilən terror aktı qurbanlarının sayı 5-i uşaq olmaqla 143 nəfərə çatıb

  • + A
  • - A
  • 27-03-2024, 23:57

    Crocus City Hall-da törədilən terror aktı qurbanlarının sayı 5-i uşaq olmaqla 143 nəfərə çatıb

    Rusiya Fövqəladə Hallar Nazirliyi Crocus City Hall-da törədilən terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısını dərc edib, orada 143 nəfərin adı var.

    Siyahı 27 mart saat 20:00-a qədər tərtib edilib və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin məlumatlarına əsaslanır.

    Bundan əvvəl Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat vermişdi ki, idarəyə zərərçəkmişlərdən onların qohumlarının və ya dostlarının terror aktı nəticəsində itkin düşməsi ilə bağlı 143 ifadə daxil olub. Hazırda 5-i 9-16 yaş arası uşaq olmaqla 84 nəfərin meyitinin şəxsiyyəti müəyyən edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR