AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

  • + A
  • - A
  • 11-04-2024, 12:17

    Azərbaycan cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

    Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. Bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

    İdarənin məlumatına görə, şübhəli şəxs 2016-2018-ci illərdə Qazaxıstana qaçaqmalçılıq yolu ilə istehlak mallarının keçirilməsi ilə məşğul olan cinayətkar qrupa rəhbərlik edib, həmçinin gömrük rüsumlarını və vergilərini ödəməkdən yayınıb. Nəticədə dövlətə 4 milyard tengedən (8,9 milyon dollar) çox ziyan dəyib.

    Cinayətləri törətdikdən sonra həmin şəxs istintaqdan qaçıb və beynəlxalq axtarışa verilib. Sonralar o, Azərbaycan ərazisində aşkar edilib.

    Şübhəli Aktau şəhərinin istintaq təcridxanasına aparılıb. Təqsirləndirilən cinayəti törətməyə görə əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR