Türkiyənin Tokat vilayətinin Sulusaray bölgəsində 5,6 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyə Hökuməti yanında Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan qaldırılması İdarəsinin (AFAD) məlumatında deyilir.
Həmçinin Sulusaray bələdiyyəsinin başçısı bildirib ki, zəlzələ nəticəsində kəndlərdən birində bəzi evlərə ziyan dəyib.
Yeraltı təkanların mənbəyi 6 km dərinlikdə olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.