AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabiq baş pediatr Nəsib Quliyevin özünü güllələyib? - AÇIQLAMA

  • + A
  • - A
  • 24-04-2024, 14:13

    Sabiq baş pediatr Nəsib Quliyevin  özünü güllələyib? - AÇIQLAMA

    YENİLƏNDİ
    Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab

    1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
    Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

    ****
    Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyevin özünü güllələdiyini deyilir. Bu barədə yerli mətbuatda məlumat paylaşılıb.
    Məsələ ilə bağlı DİN mətbuat xidmətinə müraciət etdik. Qurumdan bildirdilər ki, Baş Prokurorluqdan ətraflı məlumat alaq.
    Baş Prokurorluqdan bildirilib ki, hadisə barəsində məlumatlıdırlar. Araşdırılıb məlumat veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR