AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb

  • + A
  • - A
  • 1-05-2024, 13:49

    Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birindən iki ədəd "İphone" markalı mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Abdulla Abdullayev saxlanılıb. Əlavə araşdırmalarla onun Lənkəran şəhəri ərazisində yerləşən digər bir evdən də "Samsung" markalı mobil telefon oğurladığı müəyyən edilib.

    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR