AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

  • + A
  • - A
  • 6-05-2024, 11:45

    Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

    Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Şöbəyə Bərdə rayon sakini 1964-cu il təvəllüdlü Teyyub Nuruşovun odlu silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb. T.Nuruşov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
    Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR