DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən Saatlı rayon sakini R.Əsgərova idarə etdiyi “VAZ” və Sabirabad rayon sakini İ.Şirəliyevə idarə etdiyi “Nissan” markalı avtomobillə qayda pozuntusuna yol verdikləri üçün “saxla” işarəsi verilib.
Sürücülərin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən hər iki sürücünün marixuana istifadə etdiyi məlum olub.
R.Əsgərov və İ.Şirəliyev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.