AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zəhərlənmə nəticəsində 2 nəfər öldü, 2 nəfər xəstəxanaya yerləşdirildi

  • + A
  • - A
  • 7-05-2024, 15:04

    Zəhərlənmə nəticəsində 2 nəfər öldü, 2 nəfər xəstəxanaya yerləşdirildi

    Dünən Səbail rayonu ərazisində kafelərin birində zəhərlənmə hadisəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəstəxanaya yerləşdirilib. Baş vermiş hadisə ilə əlaqədar Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində 2 nəfərin - 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.

    Hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR