AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid qardaşının iş yerində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

  • + A
  • - A
  • 7-05-2024, 17:49

    Şəhid qardaşının iş yerində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

    Ucar rayon prokurorluğunun məlumatı

    Kəlbəcər rayon sakini 1999-cu il təvəllüdlü Elvin Tağıyevin iş zamanı aldığı xəsarətlərdən mayın 7-də müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla “Electro-İndustries” QSC-nin elektrik quraşdırıcısı vəzifəsində işləmiş Elvin Tağıyevin aprelin 29-da “Mingəçevir REŞ” MMC-nin Ucar yarımstansiyasında aparılan yenidənqurma işləri zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən mayın 7-si müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

    Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
    İbtidai istintaq davam etdirilir.
    Qeyd edək ki, mərhum Elvin Tağızadə 2023-cü il 19-20 sentyabr tarixində Lokal xarakterli antiterror tədbirləri nəticəsində şəhidlik zirvəsinə ucalmış, əslən Kəlbəcərdən olan şəhid Tağızadə Cahangir Qurban oğlunun yeganə qardaşı idi.
    Allah rəhmət eləsin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR