Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində, qeyri-yaşayış obyektinin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb və iki göyrüş ağacının kəsildiyi faktı təsdiqini tapıb.
Xidmət rəsmisi Rəvan Teymurov bildirib ki, araşdırma zamanı ağacların sözügedən qeyri-yaşayış obyektinin sahibi Fazil Ələkbərov tərəfindən kəsildiyi müəyyən edilib.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.