AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beyləqanda iribuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb

  • + A
  • - A
  • 15-05-2024, 09:31

    Beyləqanda iribuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb


    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus iribuynuzlu heyvanların oğurlanması barədə məlumatlar daxil olub. Keçirilən tədbirlərlə oğurluqda şübhəli bilinən rayon sakini Elnur Gülmalıyev saxlanılıb. Onun zərərçəkənlərə 7000 manat maddi ziyan vurduğu müəyyən edilib.

    Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E. Gülmalıyev barəsində həbs qətimkan tədbiri seçilib.

    Bundan əlavə, keçirilən profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakini kanal kənarından tapdığı "RPQ" markalı qumbaraatanı polisə təhvil verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR