DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-averilən məlumata görə, Elməddin Əbilov idarə etdiyi "Fiat" markalı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. E.Əbilovun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi müəyyən edilib. *Bundan əlavə, həmin şəxsin həm spirtli içkidən həm də narkotik vasitədən istifadə etdiyi məlum olub.* Barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Əbilov 15 gün müddətində inzibati qaydada həbs edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.