UEFA Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə - Avstriya matçında qol vurduqdan sonra “bozqurd” işarəsi göstərən Merih Demiralı cəzalandırıb.
Qitənin ali futbol qurumu müdafiəçiyə iki oyunluq cəza verib. Bu da o deməkdir ki, Demiral ¼ final mərhələsində Niderlanda qarşı oyanaya bilməyəcək.
Qeyd edək ki, UEFA-nın sözügedən işarə ilə bağlı araşdırma başlatması Türkiyə tərəfindən etirazla qarşılanmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.