AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türk Dövlətlərinin Xizək Kurortları İttifaqı yaradılıb

  • + A
  • - A
  • 23-09-2024, 16:21

    Türk Dövlətlərinin Xizək Kurortları İttifaqı yaradılıb


    Sentyabrın 23-də İstanbul şəhərinbdə
    Türk Dövlətlərinin Xizək Kurortları İttifaqınının yaradılmasına dair memorandum imzalanıb.Sənədə əsasən İttifaqa ilk iki illik müddətə sədrlik və baş katiblik Azərbaycana verilib.

    Tədbirdə Azərbaycan (“Şahdağ” Turizm Mərkəzi), Türkiyə (Ulu Dağ), Özbəkistan (Amirsoy) və Qazaxıstanın (Şımbulak) dağ kurortlarının nümayəndələri iştirak ediblər.

    Görüşdə iştirakçı dövlətlərin nümayəndələri rəhbərlik etdikləri dağ kurortlarının potensialı və turist cəlbediciliyi baxımından imkanları ilə bağlı təqdimatla çıxış ediblər.

    Tədbir çərçivəsində turizmin tərəqqisi fonunda dağ kurortlarının inkişafı, mərkəzlər arasında əməkdaşlıq əlaqələrinin inkişafı, iş birliyinin yardılması, turist cəlbediciliyinin artırılması, birgə layihələrin hazırlanması, informasiya və təcrübə mübadiləsinin aparılması, eləcə də peşəkar mütəxəssislərin formalaşdırılması üçün təlim proqramlarınn yaradılması, marketinq strateqiyasının hazırlanması, birgə tədbirlərin keçirilməsi, vahid keçid kartlarının (ski pass) yaradılması, İttifaqın tərkibinin genişləndirilməsi və bir sıra digər məsələlər müzakirə olunub.

    Görüşdə həmçinin Türk Dövlətləri Təşkilatının “Türk baxışı - 2040” və “Türk Dövlətlərinin 2022-2026-cı illər üçün İnkişaf Strategiyası”na əsasən türk dövlətlərində turizmin inkişafı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR