Ronaldunun keçmiş sevgilisi: “Kriştianu yataqda zəif olsa da, heç kəsi zorlamaz”
Kriştianu Ronaldu ilə bağlı zorlama qalmaqalı getdikcə böyüyür.
“Ölkə.Az” xəbər verir ki, onun keçmiş sevgilisi Rafaella Fiko Ronaldu haqqında müsbət danışıb. Rafaella zorlama iddialarına qarşı “Ronaldu bunu edə biləcək adam deyil” deyib.
Ronaldunun keçmiş nişanlısı portuqaliyalı ulduz futbolçu haqqında danışıb. Rafaella Fiko zorlama istintaqı davam edən futbolçunun bunu edə biləcək bir insan olmadığını deyib: “Ronaldu ilə 11 ay birlikdə olduq. Mənimlə çox mədəni davranırdı və mədəni insandır. Evdə də işləyirdi”.
Qeyd edək ki, Rafaella Ronaldunu Balatelli ilə müqayisə edərək “Balatelli yataqda Kriştianudan daha güclüdür” fikri ilə qalmaqala səbəb olmuşdu.