Pulsuz qalan Ronaldinyonun pasportunu əlindən aldılar
Braziliyalı əfsanəvi futbolçu Ronaldinyo 1 milyon 750 min pound cərimələnib.
Amma bank hesabında 5 pound pulu qalan Ronaldinyo cəriməni ödəyə bilmədiyi üçün pasportu əlindən alınıb.
“Paris Saint Germain”, “Barcelona”, “Milan” kimi komandaların futbolçusu olmuş Ronaldinyoya ölkəsində külli miqdarda cərimə tətbiq edilib. Braziliyada dövlət ərazisində icazəsiz inşaat işi həyata keçirdiyi üçün məhkəmə tərəfindən 1 milyon 750 min pound cərimələnib. Pulu götürmək üçün Ronaldinyonun bank hesabına baxan rəsmilər əfsanəvi futbolçunun cəmi 5 poundu qaldığını öyrəniblər.
Qardaşı ilə birlikdə qurduğu inşaat şirkəti səbəbindən qalmaqala düşən Ronaldinyo cəriməni ödəyə bilməyib. Məhkəmədə bütün pulunu inşaata xərclədiyini bildirən Ronaldinyo cəmi 5 pound pulu qaldığını deyib. Əgər futbolçu cəriməni ödəyə bilməsə, Braziliya sərhədlərindən kənara çıxa bilməyəcək.