AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı hakim Polşada keçiriləcək beynəlxalq yarışa təyinat alıb

  • + A
  • - A
  • Bu gün, 18:30

    Azərbaycanlı hakim Polşada keçiriləcək beynəlxalq yarışa təyinat alıb

    Azərbaycan Atletika Federasiyasını (AAF) təmsil edən beynəlxalq dərəcəli hakim Teymur Axundov Polşanın Belostok şəhərində keçiriləcək "Mityng Ambasadorów" beynəlxalq yarışına təyinat alıb.

    AAF-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mütəxəssis texniki deleqat və dopinq nəzarəti üzrə məsul şəxs kimi fəaliyyət göstərəcək.

    T.Axundov yarış zamanı idmançılar üçün bərabər və ədalətli rəqabət mühitinin təmin edilməsinə, həmçinin dopinq qaydalarına riayət olunmasına nəzarət edəcək.

    Qeyd edək ki, "Mityng Ambasadorów" Polşada atletika üzrə nüfuzlu idman tədbirlərindən biri hesab olunur və dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli idmançıları bir araya gətirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR