AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vaşinqton görüşü Cənubi Qafqazda sülhü bərqərar edəcək

  • + A
  • - A
  • Dünən, 21:18

    Vaşinqton görüşü Cənubi Qafqazda sülhü bərqərar edəcək


    Akademik İbrahim Cəfərov,
    Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru


    8 noyabrdan sonra 8 avqustda növbəti tarixi hadisəyə şahidlik etdik. Vaşinqton görüşü bir daha Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqların ümumiləşdirilmiş davamıdır. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən həmin sammit – Cənubi Qafqazda sülhə doğru mühüm addım kimi qiymətləndirilir. Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev birgə bəyanat və zamanla sülh müqaviləsinin mətni üzrə ilkin razılaşma imzaladılar.

    Bu addım, regionda yeni sülh və sabitlik dövrünün başlanğıcı kimi dəyərləndirilir. ABŞ-ın rolunun artması, eyni zamanda Rusiya və İran kimi ənənəvi nüfuz oyunçularının təsirinin zəifləməsi ilə izah olunur. Bu görüş, Cənubi Qafqazda sülh prosesinə ciddi şəkildə impuls verən dönüş nöqtəsi kimi qəbul edilir.

    Azərbaycan son illərdə Cənubi Qafqazda regional siyasətdə mühüm rol oynayan bir aktora çevrilib. Uğurlu siyasətin nəticəsi olaraq Vaşinqton görüşünün əldə etdiyi nəticələr xüsusi əhəmiyyət daşıyır. Şübhəsiz ki, burada ölkəmizin geosiyasi mövqeyinin gücləndirilməsi əsas prioritetlərdən biridir.

    Ümumiyyətlə, Azərbaycan öz coğrafi mövqeyindən məharətlə istifadə edərək, Şərqlə Qərb arasında enerji və nəqliyyat körpüsü rolunu oynayır. Bakı–Tbilisi–Ceyhan (BTC), Bakı–Tbilisi–Ərzurum və Cənub Qaz Dəhlizi kimi layihələr bunun bariz nümunəsidir. Bu layihələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirib.

    2020-ci ildən sonra regionda əsas məsələ sülhə nail olmaqdır. Keçirilən bütün görüşlərdə masada sülh əsas müzakirə mövzusu olub. 2020-ci il Vətən Müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bu, təkcə hərbi deyil, həm də diplomatik və informasiya müstəvisində uğurlu siyasətin nəticəsi idi. Həmin qələbə regiondakı güc balansını dəyişdi və Azərbaycanın strateji çəkisini artırdı.

    Tarixi əhəmiyyət daşıyan Vaşinqton görüşü zamanı həm ikitərəfli, həm də üçtərəfli formatlarda görüşlər keçirildi. İqtisadi inkişaf və enerji siyasəti əsas müzakirə mövzuları sırasında yer aldı.

    Bir sözlə, Vaşinqton görüşü sülh müqaviləsinin daha tez imzalanmasına təkan verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR