Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley matçı təşkil edilib.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Oyunda futbol veteranları və idman jurnalistləri üz-üzə gəliblər.
Görüşdən əvvəl Dövlət Himni səsləndirilib. Daha sonra mərhum hakimin və Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Matç futbol veteranlarının 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.