AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dzyuba Rusiya millisinə qayıdıb

  • + A
  • - A
  • 14-03-2025, 06:39

    Dzyuba Rusiya millisinə qayıdıb

    “Akron”un hücumçusu Artem Dzyuba 4 illik fasilədən sonra Rusiya millisinə çağırılıb. O, millidə son oyununu danimarkalılara qarşı keçirib.
    "Tolyatti Akron"un hücumçusu Artem Dzyuba qarşıdakı Qrenada və Zambiya ilə oyunlar üçün Rusiya millisinə çağırılıb.

    36 yaşlı forvard milliyə sonuncu dəfə 2021-ci ildə çağırılıb.

    Statistika

    Bu mövsüm Dzyuba Rusiya çempionatında Akronun heyətində 12 oyun keçirib. Onun aktivində 5 qol və 3 məhsuldar ötürmə var.

    Xatırladaq ki, Dzyuba Rusiya millisinin heyətində vurduğu qolların sayına görə rekorda bir addım qalıb. Hazırda onun aktivində 30 qol var. Aleksandr Kerjakovun da qolları eynidir. Beləliklə, rekordçu olmaq üçün Akron forvardı cəmi bir qol vurmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR