AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Premyer Liqada XXX tura iki oyunla yekun VURULACAQ

  • + A
  • - A
  • 13-04-2025, 12:30

    Premyer Liqada XXX tura iki oyunla yekun VURULACAQ

    Misli Premyer Liqasında XXX tura bu gün baş tutacaq iki oyunla yekun vurulacaq.

    Əvvəlcə "Araz-Naxçıvan" səfərdə "Kəpəz"in qonağı olacaq.

    Tovuz şəhər stadionunda keçiriləcək və Kamal Umudlunun idarə edəcəyi görüş saat 17:00-da başlayacaq. "Araz-Naxçıvan" hazırda 51 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Doqquzuncu yerdə olan Gəncə klubunun isə 27 xalı var.

    Turun son matçı "Neftçi Arena"da baş tutacaq. "Neftçi" evdə "Zirə" ilə üz-üzə gələcək. Rəşad Əhmədovun idarə edəcəyi matçın start fiti saat 19:15-də səsləndiriləcək. "Zirə" turnir cədvəlində 55 xalla ikinci yerdədir. Altıncı olan "Neftçi"nin isə 35 xalı var.

    Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Qarabağ" "Səbail"i (4:1), "Turan Tovuz" "Sabah"ı (2:1), "Şamaxı" isə "Sumqayıt"ı (2:1) məğlub edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR