AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İtaliyada həkimin ölümünə görə futbol matçı təxirə salınıb

  • + A
  • - A
  • 24-04-2025, 23:53

    İtaliyada həkimin ölümünə görə futbol matçı təxirə salınıb

    İtaliya çempionatının “Atalanta” – “Leççe” matçı həkimin ölümü səbəbindən təxirə salınıb.

    Futbol üzrə İtaliya çempionatının 34-cü turunun “Atalanta” – “Leççe” matçı qonaq komandanın fizioterapevti Qratsiano Fioritanın ölümü ilə əlaqədar təxirə salınıb. Bu barədə klubun X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verilib.

    "La Gazzetta dello Sport"un xəbərinə görə, 47 yaşlı Fiorita aprelin 24-də Kokkagliodakı otel otağında ölü tapılıb. Mütəxəssisin "sarı-qırmızılılar"la 20 ildən çox çalışdığı qeyd olunur.

    Aprelin 25-də baş tutmalı olan görüşün 27-nə təxirə salındığı gözlənilir. Başlanğıc fiti Moskva vaxtı ilə saat 21:45-də səslənəcək.

    Aprelin 21-də Roma Papası Fransiskin vəfatı ilə əlaqədar İtaliya çempionatının oyunlarının ləğv edildiyi bildirilib.

    Əvvəlcə dörd matç olmalı idi: "Torino" - "Udineze", "Kalyari" - "Fiorentina", "Cenoa" - "Latsio" və "Parma" - "Yuventus".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR